• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanda məktəbdə 60 yaşlı ustadan azyaşlı şagirdə qarşı əxlaqsızlıq

CƏMİYYƏT

05 Iyun 2024 | 17:40 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda məktəbdə 60 yaşlı ustadan azyaşlı şagirdə qarşı əxlaqsızlıq

Şəmkir rayonunun kəndlərinin birində yerləşən orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, məktəbə usta kimi dəvət edilmiş və bu zaman orada şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətlər etmiş 1964-cü il təvəllüdlü Məmməd Məmmədov (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, M.Məmmədov məktəbin müəllimlərindən biri tərəfindən sinif otağının pəncərəsi sındığı üçün məktəbə dəvət edilib. Orada olarkən 64 yaşlı kişi 4-cü sinif şagirdi olan Kərimənin (şərti adlı) tək olduğunu görərək ona yaxınlaşıb və xoşagəlməz hərəkətlər edib. Məmmədin əlindən çıxan şagird məktəbin arxa tərəfinə qaçıb.

Azyaşlı qız daha sonra evə getdikdə ağlayaraq hadisə barədə anası və dayısı arvadına danışıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra M.Məmmədov bu ilin 7 yanvar tarixində həbs edilib. Mayın 7-də isə Şəmkir Rayon Məhkəməsi ona hökm oxuyub. Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. O, azyaşlını öz nəvəsi kimi doğmalıq hissi ilə öpdüyünü deyib.

Məhkəmə M.Məmmədova 2 il 3 ay həbs cəzası verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026