• Bakı 17° C

    6.7 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

DSMF Liderlik Mükafatına layiq görüldü

CƏMİYYƏT

06 May 2024 | 17:34

DSMF Liderlik Mükafatına layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) Kembric İslam Maliyyə Qurumunun keçirdiyi beynəlxalq müsabiqədə qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, müsabiqədə DSMF ilə yanaşı, Almaniya, İspaniya, Kanada, Portuqaliya, Argentina, və s. də daxil olmaqla 50-dən çox ölkənin müvafiq dövlət qurumları iştirak edib.   

Fondun müsabiqəyə təqdim etdiyi iş (“Azərbaycanda sosial müavinətlərin təyin edilməsinə müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi”)  yüksək dəyərləndirilib.

Müsabiqədə qalib gələn DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən “Dövlət sektorunda qlobal yaxşı idarəçilik üzrə Liderlik Mükafatı”na layiq görülüb.

Xatırladaq ki, Fond 2024-cü ilin ilk 4 ayı ərzində 14 beynəlxalq mükafatla təltif olunub. Bundan əlavə, Fonda ötən dövr ərzində 5 beynəlxalq ISO sertifikatı da təqdim edilib.


SON XƏBƏRLƏR

18 May 2024