• Bakı 16° C

    1.48 m/s

Kriptovalyutaya görə vergi tətbiq olunacaq - Türkiyədə

İQTİSADİYYAT

06 May 2024 | 16:44 | Müəllif: Gülşən Şərif

Kriptovalyutaya görə vergi tətbiq olunacaq - Türkiyədə

Türkiyədə kriptovalyutalardan əldə olunan gəlirlər vergiyə cəlb olunacaq.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, öncəliklə Sərmayə Bazarı Şurası qanuni məhdudiyyətləri müəyyən edəcək tənzimləməni hazırlayacaq. Daha sonra Gəlirlər Administrasiyası tərəfindən daşınar kapitaldan gəlir kimi qəbul olunan kriptovalyutaya aşağı faizli əməliyyat vergisi tətbiq edəcək. Bankçılıq və sığorta əməliyyatları vergisi sayılan bu verginin dərəcəsi 5 faizdir.

Qurumun açıqlamasında qeyd  olunub ki, kriptovalyutalara verginin tətbiq olunması vəsaitlərin xaricə köçürülməsinin qarşısını almaqdır. Yeni qərardan sonra qazancını xaricə qaçaqmalçılıq yolu ilə keçirənlər qazanclarını bəyan etmək məcburiyyətində qalacaqlar. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR