• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Misir Rusiyaya kartof tədarükünü azaldıb

İQTİSADİYYAT

04 Iyun 2024 | 14:23 | Müəllif: Gülşən Şərif

Misir Rusiyaya kartof tədarükünü azaldıb

"Yerli tarlalardan gələn kartof Misir tədarükünü əvəz edəcək".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Kartof İttifaqının icraçı direktoru Aleksey Krasilnikov deyib.

Onun sözlərinə görə, Misirin Rusiyaya kartof tədarükünü azaltması bazarda qiymətlərin bahalaşmasına səbəb olub. Lakin tezliklə yerli tarlalardan kartofun tədarükü gözlənilir və bu,  vəziyyəti düzəldəcək: 

"Yaxın iki həftə ərzində yerli kartofun tədarükünün olacağı gözlənilir. Məhsulla bağlı proqnozlar vermək hələ tezdir. Çünki ölkə üzrə əkin işləri hazırda son mərhələdədir".

Qeyd edək ki, iyun ayında Rusiyada kartof 25,6% bahalaşıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR