• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Rusiyada miqrantların kafe və restoranları bağlanır

DÜNYA

06 May 2024 | 20:20

Rusiyada miqrantların kafe və restoranları bağlanır

Rusiya Federasiyasında miqrantlara məxsus kafe və restoranlar bağlanır.

"Crocus City Hall"da baş verən terror aktından sonra Mərkəzi Asiyadan olan miqrantların ziyarət etdiyi əksər kafe və restoranlar bağlanmağa başlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Radio Azattyk"ın hazırladığı reportajda deyilir. 

Belə kafelərin sahiblərindən biri bildirib ki, terror aktından sonra polis mütəmadi olaraq bu müəssisələri yoxlamağa başlayıb, çoxlu ziyarətçi və işçiləri saxlayıb.

Nəticədə insanlar kafeyə getməyi dayandırıblar.

Onun sözlərinə görə, Moskvada belə müəssisələrin 75%-i artıq bağlanıb.

Xatırladaq ki, "Crocus City Hall"da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Martın 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 144 nəfərin (6-sı uşaq) həlak olduğunu, 511 nəfərin isə yaralandığını bildirib./olke.az


SON XƏBƏRLƏR

18 May 2024