Ukrayna Ali Radası nəqliyyat sahəsində maye bioyanacağın (biokomponentlərin) məcburi istifadəsini müəyyən edən qanun layihəsini təsdiqləyib.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, qərarın lehinə 235 xalq deputatı səs verib.
Qanuna əsasən, Ali Rada istehsalçıları və topdansatış satıcılarını avtomobil yanacağına 5% maye bioyanacaq əlavə etməyi öhdəsinə götürüb.
Bu norma 2025-ci il mayın 1-dən qüvvəyə minəcək və Ukraynada satılan benzin, dizel və qaz yanacağına şamil ediləcək.
Qanunun qəbulu Ukraynada biokomponentlərdən istifadə proseslərinin keyfiyyətcə yeni səviyyəyə keçməsinə töhfə verəcək. Həmçinin yerli alkoqol zavodlarının iş yükünün artacağı və əlaqəli sənaye sahələrinin fəallaşacağı, bunun da əlavə iş yerlərinin yaradılması gözlənilir.
Bioyanacaq sənayesinin inkişafı həm də bu perspektivli sahəyə həm xarici, həm də Ukrayna investisiyalarının cəlb edilməsinə təkan verəcək.
Bundan əlavə, yanacağın biokomponentlərlə yanması zamanı nəqliyyat vasitələrindən zərərli maddələrin tullantılarının azaldılması hesabına ekoloji vəziyyətin yaxşılaşdırılması mühüm müsbət təsir olacaq.
Bu, ətraf mühitə mənfi təsirləri azaldacaq və Aİ ekoloji standartlarına yaxınlaşacaq.
Murad Məmmədli





jpg-1720185165.webp)




jpg-1720181933.webp)





