• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qazaxıstan AES tikintisinə 12 milyard dollar ayıra bilər

DÜNYA

05 Iyun 2024 | 17:55 | Müəllif: Gülşən Şərif

Qazaxıstan AES tikintisinə 12 milyard dollar ayıra bilər

Qazaxıstanda Atom Elektrik Stansiyasının (AES) tikintisi ümumxalq səsvermədə təsdiq olunarsa, obyektin tikintisinə 10-12 milyard dollar xərclənə bilər.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu məbləğ "Atom elektrik stansiyasının istifadəsi haqqında" qanun layihəsinə dair məsləhətçi sənəddə nəzərdə tutulub.

Sənədə əsasən, AES 2035-ci ilə qədər respublika büdcəsindən ayrılan vəsait hesabına tikilməlidir. Atom elektrik stansiyasının tikintisi layihəsinin beynəlxalq investorlar hovuzu tərəfindən həyata keçirilməsi planlaşdırılır. Energetika Nazirliyinin məlumatına görə, tikinti işləri 10 ilə qədər çəkə bilər.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə atom elektrik stansiyasının tikintisi ilə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edib. Sənəd bu il iyunun 5-də dərc edilib və iyulun 27-dək ictimai müzakirə mərhələsində olacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR