• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya 6 rabitə peykini orbitə çıxaracaq

DÜNYA

05 Iyun 2024 | 17:32 | Müəllif: Gülşən Şərif

Rusiya 6 rabitə peykini orbitə çıxaracaq

Rusiya 2028-2030-cu illərdə 6 yeni rabitə peykini orbitə çıxarmağı planlaşdırır. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf Nazirliyi açıqlama yayıb.

 Açıqlamaya görə, ekspress seriyalı rabitə peyklərinin geostasionar bürcü 2030-cu ilə qədər yenilənəcək. 

"Express-AMU6", "Express-AMU5" və "Express-40" peykləri 2028-ci ildə, "Express-AT3" peyki 2029-cu ildə,  "Express-AMU8" və "Express-AT4" indeksli peyklər isə 2030-cu illərdə orbitə buraxılacaq.

Yeni peyklərin ümumi dəyəri təxminən 70 milyard rubl təşkil edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026