• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Putinlə Paşinyan bu tarixdə görüşəcək

DÜNYA

06 May 2024 | 18:39

Putinlə Paşinyan bu tarixdə görüşəcək

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - Uşakov qeyd edib.

O bildirib ki, tərəflər arasında müzakirə ediləcək çox məsələlər var.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməyəcəyi bildirilib.


SON XƏBƏRLƏR

18 May 2024