• Bakı 17° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Rəsmi Moskvadan Londona XƏBƏRDARLIQ

DÜNYA

06 May 2024 | 17:46

Rəsmi Moskvadan Londona XƏBƏRDARLIQ

Rəsmi Moskva Londona xəbərdarlıq edib.

Bakıvaxtı.az-ın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Böyük Britaniyanın səfirinə xəbərdarlıq edilib ki, Ukraynanın Rusiya Federasiyasının ərazisinə Britaniya silahları ilə endirdiyi zərbələrə cavab Britaniyanın Ukrayna ərazisində və onun hüdudlarından kənarda hər hansı hərbi obyekti və texnikası ola bilər.

    "Xarici işlər naziri Devid Kemeronun Kiyevin Rusiyaya Britaniya silahları ilə zərbə endirmək hüququ ilə bağlı bəyanatı ilə bağlı Böyük Britaniya səfirinə kəskin etiraz bildirilib. Səfirə xəbərdarlıq edilib ki, Ukraynanın Britaniya silahlarından istifadə edərək Rusiya ərazisinə zərbə endirməsinə cavab Ukrayna ərazisində və onun hüdudlarından kənarda Britaniyanın istənilən hərbi obyekti və texnikası ola bilər", - deyə Rusiya Xarici İşlər Nazirliyinim yaydığı məlumatda qeyd olunub.


    SON XƏBƏRLƏR

    18 May 2024