• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Argentinadan İngiltərəyə Folklend adaları mesajı: "Sülh yolunu axtarırıq"

SİYASƏT

06 May 2024 | 16:07

Argentinadan İngiltərəyə Folklend adaları mesajı: Sülh yolunu axtarırıq

"Argentina suverenliyi mübahisəli olan Folklend adaları məsələsində İngiltərə ilə münaqişəyə girmək istəmir".

Bakıvaxtı.az "Sabah"a istinadən bildirir ki, bunu Argentina prezidenti Xavyer Miley deyib.

O, bildirib ki, uzun illərdir suverenliyi mübahisəli olan Folklend adaları hazırda İngiltərənin əlindədir. Argentina həmin adaların suverenliyini bərpa üçün diplomatik yollardan istifadə etsə də, hələlik heç bir həll yolu tapmayıb:

 "Folklend adalarının suverenliyini İngiltərədən almaq illər ala bilər. Argentina münaqişə axtaran bir ölkə deyil. İngiltərə bu gün danışıqlar aparmaq istəməyə bilər, ancaq zamanla vəziyyət dəyişəcək".

İngiltərə xarici işlər naziri David Kemeron isə cavab olaraq vurğulayıb ki, Folklend adalarının suverenliyi müzakirə mövzusu deyil.

Qeyd edək ki, Folklend adalarının suverenlik statusu uzun illərdir ki, Böyük Britaniya və Argentina arasında problemdir. İngiltərənin 1833-cü ildə suverenliyini elan etdiyi 12 min kvadratmetrlik Folklend adaları Argentinanın cənubunda Atlantik okeanında yerləşir. Britaniyanın xaricdəki əraziləri olan adalar müdafiə və xarici siyasətdə Britaniyadan asılıdır.

Argentina və İngiltərənin uzun illərdir suverenlik mövzusunda mübahisə etdiyi Folklend adalarında 2013-cü ildə müstəqillik referendumu keçirilib. Təxminən 2500 nəfərin yaşadığı adalara "İngiltərənin xaricdəki ərazisi olaraq qalmaq istəyirsinizmi?" sorğusuna insanların 99,8 faizi "hə" cavabını verib.

Argentina isə İspaniyadan müstəqillik əldə etdikdən sonra "Malvinas" adlandırdıqları Folklend adalarını dolayı yolla miras aldıqlarını iddia edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024