Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, sessiyada Arif Hacılı Məclisin sədri seçilib.
Partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib.
Məclis təqdimatları təsdiqləyib. Beləliklə, Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli və Mustafa Hacıbəyli Müsavat başqanın müavini təyin olunublar. (apa)