• Bakı 24° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Paşinyandan ikitərəfli mexanizm təklifi: Maraqlıdır, amma...

SİYASƏT

17 Iyun 2024 | 13:15

Paşinyandan ikitərəfli mexanizm təklifi: Maraqlıdır, amma...

"Təklif edirəm ki, Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm formalaşdırsın".

Bakıvaxtı.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan son günlər Azərbaycanın Müdafiə Nazirliyinin Ermənistan tərəfindən atəşkəs rejimini pozması ilə bağlı yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Paşinyanın sözlərinə görə, mövcud vəziyyət həllini tələb edir. Baş nazirin sözlərinə görə, razılaşma olarsa, mexanizmi işə salmaq çətin deyil.

Paşinyan bu təklifində səmimidirmi? Mexanizm nə qədər effektli olar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, son günlər Azərbaycan və Ermənistanın şərti sərhədində atəşkəs rejiminin pozulması artıq sistematik hal alıb və 2 aydan artıq davam edən sakitlik dövrü arxada qalıb.

Bunun daha çox Ermənistanın daxili-siyasi vəziyyəti ilə bağlı məsələ olduğunu deyən ekspert, Ermənistan daxilində keçən aydan başlanan etiraz aksiyalarının davam etdiyini və revanşist qüvvələrin Paşinyan hakimiyyətini devirməyə çalışdığını vurğulayıb:

"Bu baxımdan belə bir təxribatın baş verməsi səbəbsiz deyil. Həm revanşistlərin, həm də Ermənistan hakimiyyətinin bu məsələdə marağı ola bilər ki, bu daha çox revanşistlərin marağına uyğundur. Belə ki, onlar delimitasiya və demarkasiya prosesinin qarşısını almağa çalışırlar".

Qasımov Paşinyanın atəşkəs rejimi ilə bağlı dediklərini normal şərtlərdə qəbul oluna biləcək və ilk baxışdan maraqlı görünən təklif olduğunu qeyd etsə də, bu təkliflərə qədər Ermənistan hakimiyyətinin özünün bir çox məsələləri, o cümlədən ordudakı vəziyyəti nəzarətə almalı olduğunu vurğulayıb.

Oqtay Qasımov: Ermənistan hakimiyyəti ilk növbədə ordudaki vəziyyəti nəzarətə almalıdır 

Politoloqun sözlərinə görə, bundan sonra qeyd olunan məsələlər istiqamətində müzakirələr mövcud ola bilər.

"Amma hazırda bu sadəcə bir təklif olaraq ortadadır. Yəni Azərbaycan prinsipcə sülh gündəmini davam etdirmək istəyir. Ona görə də bu tipli məsələlərə açıqdır. Amma ilk növbədə bir daha qeyd etmək istəyirəm ki, Ermənistan tərəfindən bu məsələ öz həllini tapmalıdır. Orduya nəzarət və orda hansısa bir öz fəaliyyət hərəkətlərinə son qoyulmalıdır".

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyun 2024