• Bakı 31° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Macarıstan sülh missiyasını dayandırmaqdan imtina etdi

SİYASƏT

17 Iyul 2024 | 13:08

Macarıstan sülh missiyasını dayandırmaqdan imtina etdi

"Avropa İttifaqının təhdidləri Macarıstanı Ukraynadakı sülh missiyasını dayandırmağa məcbur etməyəcək".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı rəhbərliyinin təhdidləri və Budapeştlə danışıqlardan imtina etməsi Macarıstanı Ukraynadakı münaqişənin həlli üzrə dinc missiyasını dayandırmağa məcbur edə bilməyəcək:

"Bizi boykot edəcəkləri, danışıqlardan imtina edəcəkləri və bizə məhəl qoymayacaqları ilə hədələdilər. Bu cür hücum bizi dinc missiyanı davam etdirməkdən çəkindirmir. Əksinə Avropa rəsmilərinin bu cür hərəkətləri Ukrayna münaqişəsinin həlli üçün daha çox səy göstərməyimizə sövq edir".

Gülşən Şərif
 


SON XƏBƏRLƏR