• Bakı 24° C

    19.53 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

SİYASƏT

17 Iyun 2024 | 12:10

Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb.

Bakıvaxtı.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər.

Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər qoyulub.


SON XƏBƏRLƏR

25 Iyun 2024