• Bakı 10° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Azərbaycanın sirləri” kitabı Hikmət Hacıyevə təqdim olunub

SİYASƏT

16 Iyul 2024 | 22:40 | Müəllif: Subhan Mahmudov

“Azərbaycanın sirləri” kitabı Hikmət Hacıyevə təqdim olunub

Prezidentin Rabitə İdarəsi tərəfindən nəşr edilən “Azərbaycanın sirləri” kitabı Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyevə təqdim olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir Azərbaycan Prezidentinin müşaviri Hacıyevi ziyarət edib.

Anadolu Agentliyinin (AA) Asiya Qafqaz xəbərləri üzrə direktoru Tolqa Özgençin də iştirak etdiyi səfərdə Türkiyə ilə Azərbaycan arasında media sahəsində əlaqələr müzakirə olunub.

Səfər zamanı Hikmət Hacıyevə Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun imzası ilə “Azərbaycanın sirləri” kitabını hədiyyə edib. Kitaba baxış keçirən Hikmət Hacıyev Altun və İşbilirə təşəkkürünü bildirib.

“Azərbaycanın sirləri” kitabında Türkiyə ilə Azərbaycanın qardaşlığı, Azərbaycan mədəniyyəti izah edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026