• Bakı 15° C

    2.66 m/s

Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib

SİYASƏT

15 Avqust 2024 | 14:34 | Müəllif: Əli Hüseynov

Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib

“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026