19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatını xatırlarkən
Aradan ötən bir il bu əməliyyatdan öncəki şərait və səbəbləri,nəhayət əməliyyatdan sonrakı vəziyyəti xatırlamağı tələb edir.
Hər şeydən öncə 2020-ci ilin sentyabrında uğurla tamamlanan 44 günlük Vətən müharibəsindən sonra əldə edilən qələbənin nəticələri,erməni separatçılarının cilovlanması və əzəli torpaqlarımızda dövlət bayrağımızın əzəmətlə dalğalanmasından sonra Ermənistan rəhbərliyinin problemin həllinin öz daxilində sxtarılması cəhdi həmin dövrdə pozitiv mahiyyət daşımaqla postmünaqişə mərhələsini yeni reallıqlara istinadən formulə etmə cəhdi olaraq dəyərləndirilə bilər.Amma “Qarabağ quzğunları” ipə-sapa yatmaq istəmədilər.30 illik münaqişədən əldə etdikləri qənimətləri itirməklə bərabər,həm də Ermənistanda xalqın onlardan hesab soracaqlarından da ehtiyat edirdilər.Hər iki narahatçılıqdan qorunmaq üçün yeni arxa əldə etmək niyyətlərini 2023-cü il sentyabrın 20-də,saat 13:00-da uğurla başa çatan lokal xarakterli antiterror əməliyyatı gözlərində qoydu.Belə ki,10 noyabr 2020-ci il Rusiya,Ermənistan və Azərbaycanın müştərək imzalanmış sülhbəyanatı yeni tarixi mərhələnin əsasını qoydu.Cəmi 23 saat 43 dəqiqəyə ağ bayraq qaldırıldı. Ermənistandan təşkil edilmiş təxribatlar yerindəcə məhv edildi,yəni ön xəttlərdə və dərinlikdə olan mövqeləri yüksək dəqiqliyə malik silahlarla sıradan çıxarıldı.
Bu,hər şeydən öncə 44 günlük savaşda ağır relyef şəraitində zəfər salnaməsini yazan ordumuzun peşəkarlığının göstəricisi idi,həm də əməliyyat zonasında mülki şəxslərin Ermənistan silahlı birləşmələri ilə hər hansı mümkün əlaqəsini kəsməklə onları qırğından qorumaq idi.
Ordumuzun peşəkarlığı bir daha onun əhaliyə qarşı yox,separatizmə qarşı haqlı mübarizəsinin humanist mahiyyətini ifadə edirdi.Bununla da lokal antiterror əməliyyatı zamanı Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati,sosial,təhsil,tibbi,dini müdafiəsi təşkil olunmuşdur.Bütün yaş qruplarından ibarət olan əhaliyə,o cümlədən xəstələrə və fiziki imkanları məhdud şəxslərə yardım göstərilmiş ,onlara dinc həyata qayıtmaları üçün hər cür dəstəyin göstərilməsində ciddi addimlar atılmışdır.Bununla,,illərdir onları girov kimi saxlayanların təhriki ilə Azərbaycanın Qarabağ bölgəsini könüllü olaraq yalan vədlərlə tərk etməyə başlayanda,yəni erməni əhalisinin reinteqrasiyası ilə bağlı Yevlaxda başlanan görüşdən sonra danışıqları dayandıranda da onlara regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.
44 günlük Vətən müharibəsində olduğu kimi,antiterror əməliyyatı nəticəsində də ölkədə fəaliyyət göstərən siyasi partiyalarınPrezident,Müzəffər Ali Baş Komandasn İlham Əliyevi dəstəkləyən bəyanatı ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin oluinması,erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması,işğaıldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın əmin-amanlığa qovuşması üçün həyata keçirdiyi siyasəti,eləcə də verdiyi qətiyyətli hərbi əmri dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini nümayiş etdirdilər.
Yeri gəlmişkən,Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi bu prosesdə də özünün fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı.Rəsmi İrəvanı öz bəyanatında kəskin şəkildə qınayan İcma həmçinin Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.Beləliklə,seçim onlarındır.
Həsən Bayramov,
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki