"Ermənistan rəhbərliyi özünəməxsus nihilizm nümayiş etdirərək hər şeyə "yox" deməyi sevir. Hətta MDB çərçivəsində təhlükəsizlik məsələlərinə belə özünün əlahiddə münasibəti oldu, yekun sənədə imza atmadı".
Bu barədə politoloq Tofiq Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, indi o transformasiyanın şahidiyik ki, faktiki olaraq Ermənistan daha çox Qərbə diqqət yetirir, Qərbin sifarişlərini həyata keçirir:
"Rusiya başa düşür ki, Qərb Ermənistan vasitəsi ilə Moskvanı bölgədən sıxışdırıb çıxartmaq istəyir. Bu, birinci mərhələ üçün planlanır. Yəqin ki, sonrakı mərhələdə Ermənistandan İrana qarşı da plasdarm üçün istifadə edilir”.
Müsahibimiz qeyd edib ki, nəhayət Ermənistan transfer istiqamətində artıq qənimətlər ələ keçirməyə başlayıb:
“Məsələn, Zvarnots haval limanından rus əsgərlərinin çıxarılmasına nail olub. İndi Türkiyə-İran sərhədindən də Rusiyanın sərhədçiləri uzaqlaşdırılır. Aydın məsələdir ki, Ermənistandakı Avropa İttifaqının missiyası da orada kəşfiyyatla məşğuldurlar. Ermənistan rəhbərliyi də bunu gözəl başa düşür və Aİ üçün əlverişli şərait yaradırlar. Məqsəd Qərbdən yeni paylar almaqdır. 5 aprel görüşündən Ermənistanın böyük gözləntiləri olsa da, bəlli oldu ki, yardımlar İrəvanın istədiyi səviyyədə deyil".
Tofiq Abbasov: Ermənistanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar
Analitikə görə, hazırda Ermənistan ciddi cəhdlə çalışır ki, Qərbə öz "vacibliyini" sübut etdirsin:
"Digər tərəfdən həm də sülh prosesinə bacardığı qədər maneçilik törətməyə çalışır. İrəvan hökuməti sözdə sülh saşinin imzalanmasına hazır olduğunu desə də, bunda səmimi olmadığı ortadadır. Azərbaycanın isə mövqeyi bəllidir. Əgər sülh Ermənistana lazım deyilsə, bizə heç lazım deyil. Ancaq görünən odur ki, Ermənistanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar".
Aydın Baxış