8 noyabr- Zəfər günü müstəqil dövlətçilik tariximizdə yeni mərhələnin rəhnidir.
8 noyabr Zəfər gününün müstəsna əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev demişdir: "Prezident kimi 2003-cü ildən bu günə kimi bütüb addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir.Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki,biz torpaqlarımızı azad edək,düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və ölkəmizin bütün ərazisi boyunca al bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioritetini və strateji hədəfini təşkil etmişdir.Bunun üçün hansı işlər görülmüş,hansı əməli addımlar atılmışdır:
-Ən ümdəsi danışıqlar masasından əl çəkməyərək,ölkəmiz burada nümayiş etdirdiyi prinsipiallığı güclü quruculuq prosesi ilə daha da inkişaf etdirmiş,ordunun döyüş qabiliyyətini xüsusilə ən müasir hərbi texnoloji silahlarla möhkəmləndirdik.Hərbi sənaye kompleksimizi formalaşdırdıq.
-Transmilli layihələrlə regionun mənzərəsinə yeni əlvanlıq qatdıq.Regionun enerji-logistik xəritəsində tamamilə yeni mənzərə yaratdıq.Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycanın bu təşəbbüsləri regionun da maraqlarını təmin etməklə onun beynəlxalq nüfuzunu nümayiş etdirməkdədir.
-İqtisadi üstünlüyümüzü effektiv xarici siyasətlə,yəni beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq sayəsində uğurla tamamlayırıq.
-Zəfər bayramı 200 ildən çox ölkəmizə qarşı davam edən çar və sovet Rusiyasının hər cür basqılarına Dirəniş hərəkatı olaraq,etnik dözümsüzlüyə də son qoymuşdur.1905-1907; 1918-1920; 1947-1955;1987-1991-ci illərdə Qafqazdakı siyasi-tarixi böhranlardan istifadə edərək Azərbaycana qarşı yürüdülən etnik dözümsüzlüyə yox deyən ölkəmiz dövlət başçısının qətiyyətli daxili və xarici siyasəti nəticəsində uğurlu sona ulaşdı.Xalq və ordu birliyi ölkənin daha təhlükəsiz region uğrunda mübarizəsində növbəti tarixi mərhələnin əsasını qoydu.
-44 günlük dəmir yumruq əməliyyatı ilə 5 şəhər,4 qəsəbə,300-dək kənd işğaldan azad edildi.
-Bu günlərdə Hərbi Qənimətlər Parkında ucaldılmış Zəfər Tağı və Seyrəngahının açılışında çıxış edən cənab Prezident ,Müzəffər Ali Baş Komandan İlham Əliyev növbəti strateji hədəfimiz olan Qərbi Azərbaycana qayıdışla və işğaldan azad edilmiş Qarabağın dirçəldilməsi ilə bağlı çox ciddi anonslar verdi.Beləliklə,bizi qarşıda çox ciddi və miqyaslı milli məsələlər gözləyir.İnşəallah.
Həsən Bayramov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasınınüzvü,İcmanın Binəqədi rayon Nümayəndəsi, Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri və professoru, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki