• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İcma Ermənistan prezidentinə cavab verdi

SİYASƏT

13 Oktyabr 2024 | 13:00 | Müəllif: Subhan Mahmudov

İcma Ermənistan prezidentinə cavab verdi

Ermənistanın Prezidenti Vaaqn Xaçatryan ölkəsinin mətbuatına verdiyi müsahibəsində ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması məsələsindən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistan rəhbərliyinin Azərbaycanın reinteqrasiya təklifindən imtina edib, Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışından danışmaması absurddur.

"Bu, Ermənistan tərəfinin ayrı-seçkilik siyasətini açıq şəkildə göstərir. Ermənistan rəhbərliyinin qayıdış məsələsində qarşılıqlılıq prinsipini gözardı etməsini və azərbaycanlıların Ermənistana qayıdış hüququnu pozmasını qətiyyətlə qınayırıq və Ermənistan hökumətindən azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik", - bəyanatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026