• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Baş nazir Konqo prezidenti ilə söhbət edib

SİYASƏT

12 Noyabr 2024 | 12:48

Baş nazir Konqo prezidenti ilə söhbət edib

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə söhbət edib.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a bildirilib ki, söhbət zamanı Konqo prezidentinin cari ilin aprel ayında ölkəmizə baş tutmuş rəsmi səfəri çərçivəsində keçirilən ikitərəfli görüş məmnunluqla xatırlanıb.

Azərbaycan ilə Konqo arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024