Ermənistan tərəfi ilə imzalanacaq sülh müqaviləsi 17 maddədən ibarətdir, onlardan 15 maddə artıq tam razılaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib.
C.Bayramov diqqətə çatdırıb ki, müzakirə edilməli olan 2 maddə ilə bağlı işlər davam edir.
XİN rəhbəri qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.
Əli Hüseynov