• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Prezident Cinayət-Prossesual Məcəlləsi ilə bağlı fərman imzalayıb

SİYASƏT

15 Avqust 2024 | 14:31 | Müəllif: Əli Hüseynov

Prezident Cinayət-Prossesual Məcəlləsi ilə bağlı fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında  Fərman imzalayıb.

Bakıvaxtı.az bu barədə Prezidentin Mətbuat Xidmətinə istinadla xəbər verir.

Fərmanda qeyd edilib:

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387) 2-ci hissəsinin iyirmi birinci–iyirmi dördüncü abzasları müvafiq olaraq iyirmi ikinci–iyirmi beşinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:

“həmin Məcəllənin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026