Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib.
Bakıvaxtı.az xəbər verir ki, gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb.
Qeyd edək ki, mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.










jpg-1718615284.webp)





