• Bakı 30° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.8479

    RUB - 0.0194

Fariz Əliyevə yeni vəzifə verildi

CƏMİYYƏT

17 Iyun 2024 | 13:08

Fariz Əliyevə yeni vəzifə verildi

"Azad Azərbaycan" televiziyasının (ATV) sabiq əməkdaşı Fariz Əliyevə yeni vəzifə verilib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, F.Əliyev bir neçə gündür "MTV Azərbaycan" kanalında fəaliyyətə başlayıb. O, artıq kollektivə təqdim edilib.

Kanal və heyət üzrə, həmçinin, bütün proqramların nəzarəti F.Əliyeva həvalə olunub.

Qeyd edək ki, o, aprelin əvvəlindən "Azad Azərbaycan" televiziyasının icraçı direktor müavini vəzifəsindən ayrılıb.

Xatırladaq ki, F.Əliyev bundan öncə ARB TV-də baş prodüser, bir çox televiziyalarda müxtəlif layihələrin rəhbəri, redaktoru vəzifəsində çalışıb. Həmçinin, o, ssenarist və kinoprodüserdir.


SON XƏBƏRLƏR

14 Iyul 2024