q
  • Bakı 19° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Bakı Hərbi Kollecinə vakansiyalar elan edilib

CƏMİYYƏT

17 Iyul 2024 | 11:47

Bakı Hərbi Kollecinə vakansiyalar elan edilib

Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinə müxtəlif ixtisaslar üzrə vakansiyalar elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, vakansiya elan edilən ixtisaslar aşağıdakılardır: 

- tərbiyəvi iş;

- motoatıcı taktikası;

- tank və zirehli texnika;

-  hərbi topoqrafiya;

-  KQSM;

-  qoşun kəşfiyyatı;

- mühəndis-istehkam xidməti;

- artilleriya taktikası;

- raket və artilleriya silahları;

- rabitə və AİS xidməti;

- radio-texniki kəşfiyyat;

- HHM taktikası;

- aviasiya mühəndisliyi;

- avtomobil texnikasının istismarı;

- radio-elektron avadanlıqlar üzrə aviasiya mühəndisi;

- hərbi dəniz artilleriyası;

- elektronika mühəndisi;

- şturman;

- şturman mexanik;

- ərzaq xidməti;

- əşya xidməti;

- YSM xidməti.

Məlumatda qeyd edilib ki, vakansiyalara müvafiq fənlər üzrə ali təhsil almış ehtiyatda olan zabitlər müraciət edə bilərlər.

Namizədlərdən vakansiyalara müraciət üçün kadrlar uçotunun şəxsi vərəqəsi və ali təhsili təsdiq edən sənədlərin surəti tələb edilir.

Müraciət etmək istəyən şəxslər mövzu bölməsində müvafiq vakansiyanın adını qeyd etməklə [email protected]  elektron poçt ünvanına müraciət edə bilərlər.


SON XƏBƏRLƏR