Şamaxıda toy zamanı kütləvi zəhərlənmənin səbəbi kimi evdə hazırlanan tort göstərilir.
Bakıvaxtı.az xəbər verir ki, Məlikçobanlı kənd icra nümayəndəsu Sənan Abdullayevin verdiyi məlumata əsasən, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil ediblər.
Onun sözlərinə görə, məclisdə qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.
Şamaxı rayon Mərkəzi xəstəxanasından isə “Report”a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.
Zərərçəkənlərdən beşinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.
***
09:19
Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.
Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.
Faktla bağlı araşdırma aparılır.


jpg-1721203276.jpg)



jpg-1723788687.webp)
jpg-1723788011.webp)
jpg-1723787645.webp)







