• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xəqani küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

CƏMİYYƏT

15 Avqust 2024 | 22:43 | Müəllif: Gülşən Şərif

Xəqani küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

2024-cü ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində paytaxt yollarında quraşdırma işləri davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 15-i saat 22:00-dan avqustun 18-i səhər saat 06:00-dək Sahil bağından Axundov adına kitabxanaya yerüstü piyada keçidinin quraşdırılması ilə əlaqədar aşağıdakı saatlarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Xəqani küçəsinin Xəqani küçəsi Bülbüllə Xəqani kəsişməsindən - Rəşid Behbudov prospektində olan hissəsində.

“Hərəkətin məhdudlaşdırılmasının dəqiq vaxtı:

15 avqust saat 22:00-dan 16 avqust saat 06:00-dək

16 avqust saat 22:00-dan 17 avqust saat 06:00-a kimi

17 avqust saat 22:00-dan 18 avqust saat 06:00-a kimi

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il sentyabrın 13-15-də keçiriləcək. Bakı Şəhər Halqası əməliyyat şirkəti anlayışa görə sürücülərə təşəkkür edir”, - deyə şirkətin açıqlamasında bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026