• Bakı 19° C

    18.44 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0193

Sabiq deputat dəfn olundu - YENİLƏNİB

CƏMİYYƏT

17 Iyun 2024 | 16:01

Sabiq deputat dəfn olundu - YENİLƏNİB

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, onun cənazəsi Hasıllı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

***

15:22

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Bakıvaxtı.az bu barədə APA-ya istinadla xəbər verir. 

Sabiq deputat M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.

Xatırladaq ki, Mirkazım Kazımov uzun müddət Milli Məclisin Cəlilabad rayonundan deputatı olub.

Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.


SON XƏBƏRLƏR

25 Iyun 2024