• Bakı 30° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Baş vermiş qanun pozuntularına görə müxtəlif qurumlara 100-dən çox təqdimat göndərilib

CƏMİYYƏT

17 Iyul 2024 | 15:22

Baş vermiş qanun pozuntularına görə müxtəlif qurumlara 100-dən çox təqdimat göndərilib

Azərbaycanda baş verən qanun pozuntularına görə müxtəlif qurumlara 100-dən çox təqdimat göndərilib.

Bakıvaxtı.az bildirir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd edilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması, yol verilən qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 110 təqdimat göndərilib.

Məlumata görə, həmin təqdimatlara əsasında qurumların bəzi əməkdaşlarına müxtəlif cəzalar tətbiq edilib.


SON XƏBƏRLƏR