• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Biləsuvarda QƏZA: yük avtomobilləri AŞDI

HADİSƏ

28 Avqust 2024 | 14:11

Biləsuvarda QƏZA: yük avtomobilləri AŞDI

Biləsuvarda iki yük avtomobili aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə köhnə Ələt- Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Naxçıvana yanacaq daşıyan, Sərvər Həsənovun idarə etdiyi dizel yüklü abtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü yüngül xəsarət alıb, yanacağın bir hissəsi yol kənarında dağılıb.

Eyni yerdən bir neçə yüz metr kənarda isə Biləsuvar sakini Atakişi Fərəclinin idarə etdiyi tikinti matrealları ilə yüklü “Shagman” markalı avtomobil də yol kənarına aşıb.

Hadisə şahidləri və sürücülərin sözlərinə görə, qəzaya səbəb yeni təmir olunan yolun kənarlarında mühafizə lentləri və xəbərdarlıq nişanlarının olmamasıdır. Sürücülər yolun iriqabaritli avtomobillər üçün təhlükəli olduğunan xəbərsiz olublar.

Faktla bağlı araşdırma aparılır. /APA


    SON XƏBƏRLƏR

    13 Sentyabr 2024