• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Qaynar çay içənlərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

13 Sentyabr 2024 | 18:00

Qaynar çay içənlərə XƏBƏRDARLIQ

Mütəxəssislərin fikrincə, çox isti içki sağlamlığa düzəlməz zərər verə bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, çox isti içkilərin qəbulu ilə xərçəngə tutulma riski arasında birbaşa əlaqə var. 

Çox isti içkilər yemək borusu xərçənginin inkişaf riskini artırır. İsti maye içdiyiniz zaman qida borusunun daxili səthindəki hüceyrələrə ziyan vuraraq mikrotrauma yaradır. Bu mikroskopik lezyonlar sonradan xərçəngə səbəb ola bilər.

Onkoloqlar xəbərdarlıq edirlər ki, hətta bir stəkan çox isti çay da sağlamlığınıza mənfi təsir göstərə bilər. Temperaturu 43 dərəcədən çox olan hər hansı qida və ya içki dəri və selikli qişalara zərər verə bilər. 

Böyük Britaniyanın 500.000 sakini arasında aparılan araşdırmada müəyyən edilib ki, müntəzəm olaraq çox isti çay içən insanlarda özofagus xərçənginə tutulma riski 5,5 dəfə artıb.Lent.az


SON XƏBƏRLƏR

17 Sentyabr 2024