NATO ölkələri Ukraynaya Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verərsə, Rusiya ilə birbaşa müharibə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
“Əgər məhdudiyyətlərin götürülməsi ilə bağlı qərar həqiqətən qəbul olunarsa, bu o deməkdir ki, o andan etibarən NATO ölkələri Rusiya ilə birbaşa müharibəyə başlayacaq", - Nebenzya qeyd edib.