• Bakı 21° C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Cüdoçularımız Qran-pri turnirində gümüş və bürünc medal QAZANDILAR

İDMAN

13 Sentyabr 2024 | 21:11

Cüdoçularımız Qran-pri turnirində gümüş və bürünc medal QAZANDILAR

Azərbaycan cüdoçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin ilk günündə 1 gümüş, 2 bürünc medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov final görüşündə məğlub olmaqla gümüş medalla kifayətlənib.

Eyni çəkidə tatami üzərində çıxan Turan Bayramovun qazancı isə bürünc medal olub. 66 kq çəkidə qüvvəsini sınayan Ruslan Paşayev də fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, sentyabrın 13-dən 15-dək keçiriləcək Qran-pri turnirində 40 ölkədən 326 cüdoçu medallar uğrunda mübarizə aparacaq.


SON XƏBƏRLƏR

17 Sentyabr 2024