• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kriştiano Ronaldodan yeni REKORD

İDMAN

13 Oktyabr 2024 | 15:50 | Müəllif: Subhan Mahmudov

Kriştiano Ronaldodan yeni REKORD

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu yığmada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

39 yaşlı ön xətt oyunçusu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb. Bundan əlavə o, yoldaşlıq oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.

Qeyd edək ki, Polşa - Poruqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. K.Ronaldo görüşün 37-ci dəqiqəsində fərqlənib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026