• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maraqlı hadisə: Balıqçı toruna qoyun "düşdü" - VİDEO

DÜNYA

13 Sentyabr 2024 | 23:03 | Müəllif: Subhan Mahmudov

Maraqlı hadisə: Balıqçı toruna qoyun "düşdü" - VİDEO

Türkiyənin Yozqat vilayətinin Çekerek rayonunda maraqlı hadisə yaşanıb. Balıqçıların toruna balıq əvəzinə qoyun "düşüb".

Bakıvaxtı.az bildirir ki, məlumata görə, sürüdən ayrılan qoyun yolunu azıb və sahibsiz itlərin hücumuna məruz qalıb. Qorxaraq qaçan qoyun Çekerek su bəndinə düşüb. Bu zaman ərazidə balıq tutan Ahmet İnan, Yasin Şahan və Mehmet Kalın adlı balıqçılar bəndin ortasında qoyunun üzdüyünü görüblər və dərhal onu xilas ediblər.

Xilas edilən qoyun balıqçılar tərəfindən sahibinə qaytarılıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026