Xəbər verdiyimiz kimi, bu gün səhər saat 6 radələrində Şamaxı rayonunda 39 yaşlı Püstə Hüseynovaya və əri 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Hüseynovların keçmiş kürəkəni Elbrus Şeydayev daha sonra maşınla Ə.Hüseynovun üstündən keçib.
Ə.Hüseynov hadisə yerində ölüb, qadın isə xəstəxanaya yerləşdirilib.
Yaxınlarının bildirdiyinə görə, 6 gün sonra onun 45 yaşı tamam olacaqdı.
Bakıvaxtı.az qətlə yetirilən Ə.Hüseynovun fotolarını təqdim edir:
Kərim Abbaszadə