• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Hacıqabulda 300-dən çox ev su içində qaldı

HADİSƏ

12 Oktyabr 2024 | 19:12

Hacıqabulda 300-dən çox ev su içində qaldı

Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.

Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadlar törədib.

Rayon mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.

Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.


SON XƏBƏRLƏR

20 Dekabr 2024