• Bakı 25° C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

Gəncədə yeni çəkilən asfalt yol çöküb - FOTO - YENİLƏNİB

HADİSƏ

11 Noyabr 2024 | 17:30

Gəncədə yeni çəkilən asfalt yol çöküb - FOTO - YENİLƏNİB

Gəncə şəhərin Gülüstan yaşayış massivində, Aydın Nəbiyev küçəsində asfalt örtüyü çökən ərazidə tədbirlər görülür.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib.

    Qeyd olunub ki, sözügedən ərazidə bir müddət əvvəl "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsi çərçivəsində içməli su və çirkab su xətləri yenilənib. İşlər yekunlaşdıqdan sonra isə yol asfaltlanıb. Hazırda çökmüş yolun asfalt örtüyünün bərpa edilməsi istiqamətində işlər aparılır.

    ***

    12:49

    Gəncədə bir müddət əvvəl çəkilən asfalt çöküb.

    Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

      Qəsəbənin Aydın Nəbiyev küçəsində kanalizasiya xətti quraşdırılıb, bir müddətdən sonra əraziyə yeni asfalt örtüyü çəkilib. Sonradan yolun hərəkət hissəsinin asfaltı çöküb.

      Bu, avtomobillərin hərəkətində çətinliklər yaradıb.


      SON XƏBƏRLƏR

      02 Iyul 2025