Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudov barəsində cinayət işi başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də əməliyyat üçün “Reo-Med” klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib.
Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.
Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

jpg-1733921046.jpg)





jpg-1736485548.webp)

jpeg-1736499447.webp)



jpg-1736494922.webp)

