Ağstafa rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisənin borc üstündə baş verdiyi bildirilir.
Hadisəni törədən 49 yaşlı Zülfiyyə Musayeva 61 yaşlı Fatimə Musayevadan ötən illin iyul ayında min manat borc pul alıb. Bir neçə gün bundan əvvəl F.Musayeva Z.Musayevadan pulu istəyib. Z. Musayeva borcunu qaytarıb. Dünən isə o, F. Musayevagilə gedib, kəsici ailətlə evdə tək olan qadının boğazına və qoluna xəsarət yetirərək qətlə yetirib.
Onlar həm qohum, həm də qonşu olub.
***
09:05
Ağstafada qətl hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü F. Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.