• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Sumqayıt və Abşeronda 26 min manatlıq oğurluq edilib

HADİSƏ

10 Yanvar 2025 | 14:30 | Müəllif: Əli Hüseynov

Sumqayıt və Abşeronda 26 min manatlıq oğurluq edilib

Sumqayıt şəhəri və Abşeron rayonunda oğurluq edən 3 nəfər saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində yerləşən ev və obyektdən oğurluq edilməsi, nəticədə zərərçəkənlərə 26 min manatdan artıq maddi ziyanın vurulması barədə polisə məlumatlar daxil olub.

    Keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı E.Sefiyev, 28 yaşlı F.Əlizadə və 32 yaşlı N.Abdullazadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

    Faktlarla bağlı araşdırmalar aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026