• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Xırdalanda YANĞIN  - FOTOLAR + YENİLƏNİB

HADİSƏ

09 Fevral 2025 | 14:14 | Müəllif: Subhan Mahmudov

Xırdalanda YANĞIN - FOTOLAR + YENİLƏNİB

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

FHN Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onüçmərtəbəli yaşayış binasının onuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 35kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 10 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

 

13:14

Xırdalanda "Kristal Abşeron 1" yaşayış binasında yanğın başlayıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, yanğın binanın 10-cu mərtəbəsində baş verib.

    Hadisə yerinə yanğınsşndürmə briqadaları cəlb olunub.


    Xırdalanda YANĞIN - FOTOLAR + YENİLƏNİBXırdalanda YANĞIN - FOTOLAR + YENİLƏNİBXırdalanda YANĞIN - FOTOLAR + YENİLƏNİBXırdalanda YANĞIN - FOTOLAR + YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR