• Bakı 22° C

    3.8 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qonşular arasında DAVA: Ata və oğlu BIÇAQLANDI - YENİLƏNİB

HADİSƏ

11 Dekabr 2024 | 10:02

Qonşular arasında DAVA: Ata və oğlu BIÇAQLANDI - YENİLƏNİB

Dekabrın 10-da saat 21 radələrində paytaxtın Xətai rayonu G.Şıxlinski küçəsində 1972-ci il təvəllüdlü K.Bağırova və oğlu 2004-cü il təvəllüdlü C.Bağırova münaqişə zəminində deşici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Y.Mehdiyev saxlanılıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

    Hazırda istintaq araşdırması davam etdirilir.

    ***

    08:28

    Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

    Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

      Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu, 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.

      2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

      Yaralılar xəstəxanaya yerləşdirilib.

      Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.


      SON XƏBƏRLƏR

      07 Iyun 2025