• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Mingəçevirdə kişi öldürülüb

HADİSƏ

12 Oktyabr 2024 | 16:33

Mingəçevirdə kişi öldürülüb

Oğlu şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Mingəçevir şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.


SON XƏBƏRLƏR