ABŞ illik gəliri 1 milyard dollar olan şirkətlər üçün vergi qaydalarını açıqlayıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Departamenti açıqlama yayıb.
Açıqlamaya görə, illik mənfəəti 1 milyard dollar və ya daha çox olan şirkətlərin vergidən yayınmalarını aradan qaldırmaq üçün korporativ alternativ minimum vergi qaydaları təklif edilib. Qaydalar İnflyasiyanın Azaldılması Aktının Korporativ Alternativ Minimum Vergisini (CAMT) tətbiq etməklə, vergi ədalətliliyini artırmaq və bəzi gəlirli ABŞ korporasiyalarının vergidən yayınma yollarını həll etmək məqsədi daşıyır.
Xəzinədarlıq Departamenti təxminən 100 ən böyük və gəlirli şirkətin CAMT-ni hər il ödəyəcəyini proqnozlaşdırıb. Minimum vergi qaydasının tətbiqi nəticəsində növbəti 10 il ərzində ən gəlirli şirkətlərdən 250 milyard dollardan çox, 2025-ci ildə isə 20 milyard dollardan çox gəlir əldə ediləcəyi gözlənilir.
Gülşən Şərif