Son illərdə süni intellekt sahəsində əldə edilən böyük irəliləyişlər həyatın demək olar ki, hər sahəsində əhəmiyyətli faydalar təmin edir. Bəs, yaxın 10 il ərzində yoxa çıxacaq peşələr hansılardır?
Bakıvaxtı.az xəbər verir ki, süni intellektin bir çox peşə sahələrində geniş şəkildə istifadə edildiyini müşahidə edirik. Xüsusilə kənd təsərrüfatı sektorunda diqqətçəkən inkişaflar baş verir. O, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, resurslardan istifadəni optimallaşdırmaq və ətraf mühitə təsirləri azaltmaq üçün mühüm həllər təklif edir. Təəssüf ki, süni intellekt kənd təsərrüfatı işçilərinin yerini alacaq. Bununla yanaşı, süni intellektin çağrı mərkəzi işçiləri, məlumat girişi və inzibati dəstək işçiləri, kargo və anbar işçiləri, istehsal və montaj işçiləri ilə müştəri təmsilçilərinin də yerini alacağı deyilir.
Süni intellektə görə qarşıdakı 10 il ərzində yox olacaq peşələr aşağıdakı kimi sıralanıb:
Çağrı mərkəzi işçiləri
Məlumat girişi və inzibati dəstək işçiləri
İstehsal və montaj işçiləri
Kargo və anbar işçiləri
Birja brokerləri və maliyyə analitikləri
Hüquq asistentləri
Qəzet və jurnal redaktorları, müxbirlər
Müştəri təmsilçiləri
Pərakəndə satış işçiləri
Kənd təsərrüfatı işçiləri (lent.az)