"Donald Trampın ABŞ prezidentliyinə qayıdışı kriptovalyutaların Amerika tənzimləyicilərinin əksəriyyəti tərəfindən tanınmasına səbəb olacaq".
Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, bunu "Binance" kriptovalyuta birjasının baş direktoru Riçard Tan deyib.
Onun sözlərinə görə, Respublikaçı Trampın Ağ Evə qayıtması kripto sənayesi üçün böyük qələbədir:
"Trampın qələbəsindən sonra Amerika iqtisadi azadlıq yolunda olacaq. Qarşıdan gələn ildə sənaye üçün xoş xəbərlər görünəcək".
Gülşən Şərif