• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

10 sığorta agentinin lisenziyası ləğv edildi

İQTİSADİYYAT

09 Dekabr 2024 | 15:18

10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini ləğv edib.

Bakıvaxtı.az AMB-yə istinadla xəbər verir ki, bu qərar noyabrın 20-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul olunub.

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.


SON XƏBƏRLƏR

18 Aprel 2025